Podkastlar

Bakı Metropoliteni

30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ – nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra, 1932-ci ildə Bakıda Metropolitenin tikilməsinə qərar verilir. Amma İkinci Dünya mühabribəsinin başlanması bu qərarın yerinə yetirilməsinə mane olur.

Nəhayət, Bakıda 1949-cu ildə Metropoliten bazasının tikintisinə başlanılır. 1953-cü ildə dayandırılan tikinti işləri,1960-cı ildə yenidən bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.

sekil-2

1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası – Bakı Soveti, Sahil, 28 May, Gənclik və Nəriman Nərimanov stansiyaları istifadəyə verilir. Həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da biri Qara şəhər adlanan ərazidə yerləşən “Xətai” stansiyası idi. Bakı Metropolitenin ümumi uzunluğu isə 34,6 km dir.

İlk qatarı, maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edir. 1967-ci il noyabrın 25-dən metropoliten qatarlarının müntəzəm hərəkəti başlanılır. Stansiya və tunellərdən başqa böyük texniki tikililər kompleksi də istifadəyə verilir.

1993-cü ildə isə 28 may stansiyasina keçid kimi , “Cəfər Cabbarlı ”stansiyası sərnişinlərin istifadəsinə verilir.

1967 –ci ildə istifadəyə verilən Metropolitenin indiyə kimi cəmi bir deposu var. Amma, Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində iki elektirik deposunun tikintisi də nəzərdə tutulur.

sekil3

1994-cü il martın 19-da Bakı metropoliteninin “20 yanvar” stansiyasında ilk terror hadisəsi baş verir.

1994-cü il iyulun 3-də isə Bakı metrosunun “28 may” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilir.

Bakı metrosunda ən böyük insan itkisi 1995-ci il oktyabrın 28-i  “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində baş verir. Nəticədə 300 adam həlak olur, 400 nəfər isə müxtəlif dərəcəli xəsarət alır, texnika, hərəkət qatarları və stansiya avadanlıqları sıradan çıxır.

Bu qəza “Ginnesin Rekordlar Kitabı”na ən dəhşətli metro qəzası kimi düşür. Beləliklə, ilk dəfə 1967-ci ildə “Ginnesin Rekordlar Kitabı”na Şərqdə ilk metro kimi düşən Bakı metropoliteni, bu dəfə faciənin böyüklüyünə görə tarixə düşür.

“Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq olunduqdan sonra metro tikintisi daha da intensivləşib.

Gələcəkdə isə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsi və eyni zamnda ictimai nəqliyyat növlərinin yükünün azaldılmasına kömək etməkdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.