Reportaj, ZZ-Manşet

Bakıda Bilik günü qeyd olunub - FOTOSESSİYA

15 sentyabr Azərbaycanda Bilik günü kimi qeyd olunur. Bu gün bütün məktəblərin qapıları şagirdlərin üzünə açılır. Minlərlə uşaq ilk təhsilinə başlayır. Biz də GSR.fm olaraq Binəqədi rayonu 283 nömrəli məktəbdə qeyd edilən Bilik günü bayramından fotoları sizə təqdim edirik.

283 nömrəli məktəbin müəlliməsi Eyvazova Nailə bilik günündə öz hisslərini bölüşüb: Artıq 38-39 ildir ki, müəllimlik edirəm. Bütün ömrümü uşaqlara həsr etmişəm. Onlarla nəfəs alıram. Artıq bir neçənci ibtidai sinifimdir. Çox həyəcanlıyam. Himn səsləndiyi zaman sanki bütün bədənim lərzəyə gəlir. Arzu edirəm ki, builki birinci siniflərim ibtidai sinifi bitirənə qədər torpaqlarımız geri qayıtsın. Bu uşaqların da qədəmləri uğurlu olsun. Sevincimin həddi hüdudu yoxdur.

Məmməov Əli adlı şagirdin nənəsi Rəfiyeva Səhlayə isə bilik günü münasibəti ilə şagirdlərə öz arzularını bildirib: Bu gün bilik günüdür. Bugün münasibəti ilə bütün müəllimləri və valideynləri təbrik edirəm. Nəvəmə və sinf yoldaşlarına yaxşı övlad olmağı və vətəninə, xalqına layiqli övlad olmağı arzulayıram. Nəvəmi hərbidə görmək istəyirəm. Vətənimizin keşiyində dayansın.

 

IMG_9911hazir

IMG_9865hazir

IMG_9849

IMG_9809hazir

IMG_9793

IMG_9813

IMG_9814

IMG_9838

IMG_9771

IMG_9736

IMG_9748hazir

IMG_9730

IMG_9707

IMG_9681hazir

IMG_9620

IMG_9616p

IMG_9548hazir

IMG_9556

IMG_9598

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.