Bakıda təmir işləri ilə əlaqədar daha bir yol bağlanır.
GSR.fm-in Trend-ə istinadən verdiyi xəbərə görə, iyunun 6-dan 7-nə keçən gecə 00:00-da paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyədək yol avtomobillərin hərəkəti üçün bağlanacaq.
P.Mürsəliyev bildirib ki, küçə bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidər. “Azəryolservis” ASC sürücülərdən xahiş edir ki, küçə açılanadək alternativ yollardan istifadə etsin.
P.Mürsəliyev həmçinin qeyd edib ki, bu gün gecə bir müddət öncə təmirə dayanan Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək olan hissəsi sürücülərin istifadəsinə veriləcək.
Sosial, ZZ-Manşet
Bakıda daha bir yol bağlanır
Öncəki xəbərEmosiyaları ifadə edən robot-köməkçi yaradılıb