Sosial, ZZ-Manşet

Bakıda IV Beynəlxalq Humanitar Forumu keçiriləcək

Baki-humanitar-forum-12-3 oktyabr tarixlərində Bakıda IV Beynəlxalq Humanitar Forumu keçiriləcək.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, oktyabrın 4-5-də forum iştirakçıları üçün Qəbələ, Lənkəran, Quba və Naxçıvana turlar təşkil olunacaq.

Hələlik forumun proqramı dəqiqləşdirilməyib.

Bakı Beynəlxalq Humanitar Forumu ildə bir dəfə keçirilir. Forumda dünya birliyinin siyasi, elm və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatları lauretları, nüfuzlu beynəlxalq təşkilarların rəhbərləri və dövlət xadimləri iştirak edir.

Bakı Beynəlxalq Humanitar Forumunun məqsədi dünya birliyi üçün maraq kəsb edən məsələlərlə bağlı dialoq və müzakirələrin təşkilidir.

Qeyd edək ki, 2010-cu ildə forumun keçirilməsinin təşəbbüskarları rolunda Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev çıxış ediblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.