Texnologiya, ZZ-Manşet

Bank sektorunda yeni sistem tətbiq ediləcək

bankYaponiyanın “Ogaki Kyoritsu” bankı ovuc içi izinə görə hesab sahibinin eyniləşdirməsini tətbiq etməyi planlaşdırır. Beləliklə, yapon bankı kartların vaxtaşırı itirilməsi ilə bağlı problem həll etmək istəyir.

GSR.fm ICTnews-a istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, belə sistem hələ 2012-ci ildə hazırlanıb, amma onda bankomatların bu sistemə adaptasiyası böyük problem idi. Amma indi bank sözügedən texnologiyalara daha ciddi yanaşır  və bank sistemlərinə dəyişikliklər etməyə hazırdır.

Bank nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda ovuc içinin skanerinə malik 160 bankomat fəaliyyət göstərəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.