Sosial, ZZ-Manşet

Bazar gününün hava proqnozu açıqlanıb

bulud_tutqun2Aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

GSR.fm-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən  verdiyi məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.