P.S, Təmas Xətti, Z-Manset

“Biz səhnədə o kişini diriltdik” - Təmas Xətti

Aktyorlar sənət dünyasının ən qeyri-adi insanlarıdır. Onlar özlərinə məkan seçdikləri səhnədə tamaşaçılara sanki bir dünya bağışlayır.

Onun adı hər dəfə çəkiləndə simalarda xoş bir təbəssüm yaranır. O, bütün nəsillərin tanıdığı, sevilən aktrisa Afaq Bəşirqızıdır.  “Təmas xəttində” bu dəfə onunla həmsöhbət olduq.

Aktyor qızı olmasına baxmayaraq aktrisa olmaq istəməyən Afaq Bəşirqızı bunu belə izah edir:

Şərqşünaslığa daha meyilliydim. Bir də Bəşir Səfəroğlu qızının aktrisa olmasını istəməzdi. Onun feodal xasiyyətini bilərəkdən mən belə düşünürəm.  Uşaq vaxtı teatra,tamaşalara  gəlirdim,  aktyor, aktrisalarla ünsiyyətdə olurdum.  Amma heç vaxt tamaşada, səhnədə, teatrda olmaq fikrində olmamışam.

Bəs necə oldu ki, fikrinizi dəyişdiniz və indi sevilən, seçilən aktrisasınız?

– Əgər Bəşir Səfəroğlunun oğlu olsaydı bəlkə də mən indi aktrisa olmazdım. Ola bilər ki, Səfəroğlunun çırağı sönməsin, sənətdə qalsın bu nöqteyi nəzərdən fikrimdən daşınmışam. Mən inanıram ki, mən olmasam da Səfəroğlu yaddaşlarda,ürəklərdə qalacağıydı. Çünki Səfəroğlu həqiqi sənətkarıydı.  O Allah vergisiydi. Hansı ki, deyirlər əsrlərlə belə sənətkar gəlmir. Bəşir Səfəroğlu elə sənətkarlardanıydı.  Yəni Bəşir Səfəroğlu adı bu gün mənə görə yaşamır.  Amma mənim bu sənətdə olmağım Allah tərəfindən bir vaciblik idi. Bu mənim alın yazımdı, mən buna  da riayət etdim.  Bugünkü gündə heç də peşiman deyiləm.

afaq

İlk dəfə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrnda səhnə  fəaliyyətinə başlayan Bəşirqızı o anların xatirəsindən silindiyini deyir.

-Vallah o ilk anları xatırlamıram. Çünki  birdən-birə geniş tamaşaçı kütləsi, sən balaca səhnədə, böyük zalda isə bütün gözlər sənə baxır. Onda məndə professionallıq yox idi, səhnəni, professionallığı bilmirdim. Ona görə o anları mən sizə bilmirəm necə danışam. Bilirəm ki, utanırdım, zala baxa bilmirdim.  Bilirəm ki, həyəcanlanırdım dilim, əlim, qolum əsirdi.

İlk səhnəyə çıxanda artıq atanız həyatda deyildi. Sözümü yarıda saxlayaraq:

-Hə, mənim atam 1969-cu ildən həyatda deyil.

– Bəs səhnəyə ilk  addımlarınızı atanda sizə dəstək verənlər kimləriydi?

– Vallah elə bir dəstək.. nəblim. Rejissoruydu  səhnəni qurmuşdu. Bilirdi ki, filankəsin qızıdı gəlib.  17 yaşı var.  Rəhmətlik rejissor Əşrəf Sultanov mən professional aktyor imişəm kimi tamaşanı qururdu. Çünki mən o il İncəsənət Universitetini bitirən aktyorlarla birgə səhnəyə çıxırdım.  Onda cavanıydım, amma 30-35 yaşlarındankı qadını oynayırdım.  Sonra Nəbi Xəzrinin “Sən yanmasan” pyesində 50 yaşlarında bir qadını oynadım. Sonra “Mahnı dağlarda qaldı” pyesində  oynadım.  15 gün anşlaq getdi tamaşalar və təsəvvür edin onda da mən yaşımdan böyük qadınları oynayırıdm baxmayaraq ki, mənim 17 yaşım vardı. Hətta bir dəfə də belə ifadə oldu ki,  dedilər Afaq, sən teatrdan gedəndən sonra oynadığın tamaşalar hamısı dayandırıldı.

-Sizi əvəz edən olmadı?

-Bilmirəm məni əvəz eliyənmi olmadı, mənim kimi oynuyanmı olmadı. Amma tamaşalar çıxdı repertuardan.

Zəhmli görünüşünüz var. Xarici görkəminizlə xasiyyətiniz arasında nə qədər uyğunluq var?

-Mənim xarici görünüşümlə xasiyyətim arasında çox böyük təzadlar var. Necə ki, səhnədəki obrazlarımla həyatdakı görünüşüm arasında.  Hamı məni çox əsəbi, özündən razı, ola bilsin “forslu”, zəhmli qəbul edə bilər.  Amma mənim xasiyyətimi mən çox istəyərdim ki, mənə çox yaxın olanlardan soruşasınız.

afaqbesir

Bəs belə zəhmli, ciddi görünməniz nədən irəli gəlir?

– Bu  Səfəroğlu genindən irəli gəlir. Çünki Bəşir Səfəroğlu  zarafatı, şit gülüşü, yəni belə şeyləri çox sevmirdi. Evdə övladlarına, ailəsinə qarşı çox ciddiydi. Onun ev üçün qoyduğu qayda-qanunlar var idi. İki qız övladı var idi. Çox dözülməz və həddən ziyadə ağır xasiyyəti vardı. Yəni o evdə olarkən bizim telefon dəstəyini götürmək ixtiyarımız yox idi, geyimimizdən tutmuş saç düzümümüzə qədər onun istədiyi kimi olmalıydı.  Mən bu günümə görə atama çox təşəkkür edirəm. Sən demə uşağın tərbiyəsi ilk gündən valideyn tərəfindən  ciddi eyni zamanda qayğıkeş formada nəzarət olunmalıdır. Uşaq gərək valideynindən çəkinsin, çəkinsin ki, hörmət etsin.

Eyni zamanda güclü qadın obrazı yaradırsınız. Bunu nə qədər tamaşaçıya hiss etdirməsəniz də bu gücün bitdiyi anlar olur. Belə anlarda daha çox nədən və yaxud kimdən güc tapırsınız?

-Bilirsiniz necədir? Mən öz problemimlə heç kəsi yoran adam deyiləm. O zəif nöqtəmi kiməsə göstərən adam deyiləm, sevmirəm. Niyə? Çünki mənə yüzlərlə, minlərlə müraciət var. Mən əlimdən gələn köməyi, dayağı o insanlara göstərirəm. Və birdən-birə mənim əzgin olmağım, yorulmağım onlara təsir edə bilər. Ona görə də  usandığım, tükəndiyim, istirahətə ehtiyacım olduğu anlarda mən onu içimdə boğmağı bacarıram. Və deyim ki, Tanrı. Ancaq Tanrı. Bir də mənim əhatəmdə olan sevdiyim insanlar. Övladım, nəvələrim və ən başlıcası isə həyat yoldaşım.

-Aktrisadan “səhnədən bezdiyiniz anlar olubmu?” soruşuram. O isə ah çəkərək, “mənim bezməyə haqqım yoxdur” deyir:

 -2012-ci ilə qədər bəlkə hə bezirdim, yorulurdum. Amma 2012-ci ildə ağır əməliyyatdan sonra özümə qarşı o sevgini, diqqəti, məhəbbəti, ümidi, itirmə qorxularını, duaları görəndən sonra mən tamamilə başqa insan oldum. Özüm haqda tamamilə başqa qərar çıxardım. Mənim nə yorulmağa, nə bezməyə, nə də usanmağa haqqım yoxdur. Çünki mən elə sevgilərin zirvəsində, əhatəsindəyəm ki, mən o insanları, o simaları gülüşsüz qoya bilmərəm.

Afaq xanımdan ailə ilə yanaşı, teatrı bir arada necə idarə etdiyini soruşuram. 

-Mənim yoldaşımla münasibətim tamamilə başqa cürdür. O istək, o sevgi, o hörmət hələ bugünəcən 36 ildir ki, sönməyib, səngiməyib. O yorulmayıb, mən yorulmamışam. O deməyib ki,  Afaq sənəti ailəsindən öndə saxlayır. Nə də teatrda deyilməyib ki, Afaq ailə işlərini həll edir sonra səhnəyə vaxt ayırır.  Mən hamısını paralel aparmışam.

Bir şablon sual var: “Siz ailənizi incəsənətə qurban verərsinizmi?” Bu sual bütün jurnalistikadan, insan təfəkküründən çıxmalıdır. Necə yəni mən ailəmi sənətimə qurban verirəm?!  Bu doğrudan da axmaq bir sualdır. Bəşəriyyəti  xilasetmə naminə insan nələrisə qurban verə bilər. Yəni mən özümü  bəşəriyyət naminə qurban verərəm. Amma mən iraq olsun ailəmi qurban verərəm ki, gəlim burda iki dənə rol oynayım? Siz nə danışırsınız? Sənət Afaqsız da yaşıyır, yaşayacaq da.

afaq_besir

Necə düşünürsünüz əsl sənətkar necə olmalıdır?

-Ağıllı sənətkar indiki arenada özünü idarə etməyi bacarmalıdır. İndi elə sənətkarlar var görürlər arenadı deyirlər nə yaxşı at çaparam. Sənətkar öz  xörəyini, qaşığını tanımalıdır. Sənətkar hər şeydən əvvəl ağıllı, savadlı, dünyagörüşlü olmalıdır. Kütlə arxasınca getməməlidir. Bu gün bu dəbdədir . Problem başqa şeydir. Bugünkü problemi hamı oynamaq istəyir. Mən Musiqili Komediya Teatrında Qarabağ mövzusunda istər-istəməz oynaya bilməzdim.

Biz Əziz Nesinin “Manyak” əsərini “Şəhərdə manyak var” adıyla səhnələşdirmişdik. Orda sonda kişi ölür amma bizdə icazə verilmədi. Biz səhnədə o kişini diriltdik. Guya bu kişinin ürəyi gedibmiş. Niyə? Çünki Musiqili Teatrda olmaz axırı faciəylə qurtarsın.

Aktyor öz gücünə, xarici görünüşünə , istedadına arxalanmalıdır. Bəlkə elə aktyor görərsiz ki, 130 kilo çəkisi var, amma çəkisi 40 kilo olan aktrisadan gözəl Cülyetta oynayır. Daxili aləmi var. Amma fiziki, xarici görünüşü imkan vermir axı. Bütün bunların hamısını aktyor başa düşməlidir. Rol seçimində çox diqqətcil olmalıdır. İnsanların ürəyinə yol tapmaq üçün onlarla vəhdətdə olmalısan, amma onların arxasınca getməməlisən, sən kütləni öz arxanca aparmalısan. Çünki sən səhnədəsən onlar sənə baxırlar. Sən o an lidersən!

Bəs indi gənc aktyorlar yetişir? Onların fəaliyyətindən razısınız?

-Çox istedadlı gənclərimiz var. Məni yeganə bir şey narahat edir. Onların professional teatrda işləməmələri.  Professional yetişmək üçün sən mütləq çətinliklərdən keçməlisən.

İndi çox gözəl aktyorlarımız var. Aylıqları filan qədərdir, gözəl də qazanırlar. Əlbəttə, bunu arzulamazdım o istedadlı uşaqlara, amma vaxt gələcək  ya onlar bu gün yığdıqları ilə dolanacaqlar, ya da xalq bunları saxlamayacaq.  Aktyoru, sənətkarı xalq yaşadır. Müəyyən nüanslar, işlər var sənin heç özünün xəbərin olmur ki, qıraqdan səni izləyən sənin tanımadığın adam sən sənətkarsan deyə səni elə maneələrdən çıxarır ki, heç sən tanımırsan kimdir.

Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazdıqdan sonra ona bir sıra qadağalar qoyulmuşdu. O danışırdı ki, qapımın zəngi çalınırdı açırdım ki, heç kim yoxdur, amma zənbilin içi doludur bazarlıqlarla. Bunu edən oğullar vardı. Bəxtiyar Vahabzadəni sənətini, gələcəyini yaşatmaq üçün. Əsl sənətkar bax belə olmalıdır. Amma bu gün pul, ev, ən axırıcı modalı maşın arxasınca qaçırsansa bu sənətə sığmır. Onu sən qazanmalısan.

– Qeyd etdiniz ki, peşəkar olmaq üçün çətinliklərdən keçməlidir insan. Gənclərə bu çətinliklərdən çıxmaq, naliyyətlər əldə etmək üçün nələr tövsiyə edərdiniz ?

-Müştəbehlikdən uzaq olsunlar. Özləri haqqında yüksək fikirdə olmasınlar. Ağac bar verdikcə başını aşağı salar. Olan qalan sənətkarlara hörmətlə yanaşsınlar. Şou proqramlarda, çəkişmələrdə ümumiyyətlə görünməsinlər. İnsan heysiyyatı, mənliyiylə oynayan suallardan qaçsınlar. Əksinə, elə jurnalistlərə irad tutsunlar. Və öz sənətləri ilə məşğul olmaq üçün bir az savad dairəsini genişləndirsinlər.

Sənətkarla kommersiya uyğun gəlmir. Sənətkarla, sənətkarlığı  qarışdıranlar heç vaxt gələcək qazana bilməzlər.

Aktyorların maaşı çox dözülməzdir. Amma buna baxmayaraq çıxırsan səhnəyə milyoner, kasıb, qaraçı rollarını oynayırsan. O iki saatllıq vaxt sənin ömrünə Tanrı tərəfindən əlavə olunur elə bil.  Və səhnə sənə hər şeyi unutdurur.

Hazırladı: Əsli Axundova

Foto: Asim Cəlilov

Öncəki xəbərNövbəti xəbər

19 şərh

  1. I simply want to tell you that I am just very new to blogs and honestly enjoyed you’re page. Probably I’m going to bookmark your blog post . You amazingly come with perfect articles and reviews. With thanks for revealing your web page.

  2. I loved up to you will receive carried out proper here. The sketch is tasteful, your authored material stylish. however, you command get bought an shakiness over that you would like be delivering the following. in poor health certainly come further formerly once more as exactly the similar just about very regularly within case you defend this increase.

  3. Howdy are using WordPress for your site platform? I’m new to the blog world but I’m trying to get started and set up my own. Do you require any coding expertise to make your own blog? Any help would be greatly appreciated!

  4. One other issue is when you are in a problem where you would not have a cosigner then you may want to try to make use of all of your financial aid options. You will discover many awards and other scholarship grants that will offer you money to aid with institution expenses. Thanks a lot for the post.

  5. Oh my goodness! Amazing article dude! Thanks, However I am encountering difficulties with your RSS. I don’t understand the reason why I am unable to join it. Is there anybody getting the same RSS problems? Anyone that knows the solution will you kindly respond? Thanks.

  6. excellent post, very informative. I wonder why the other experts of this sector don’t notice this. You should continue your writing. I’m sure, you have a great readers’ base already!

  7. An interesting discussion is definitely worth comment. I do think that you should publish more about this subject, it might not be a taboo subject but usually people don’t talk about these subjects. To the next! Cheers.

  8. My programmer is trying to convince me to move to .net from PHP. I have always disliked the idea because of the costs. But he’s tryiong none the less. I’ve been using WordPress on a variety of websites for about a year and am anxious about switching to another platform. I have heard great things about blogengine.net. Is there a way I can import all my wordpress posts into it? Any help would be really appreciated!

  9. Hi, I think your blog might be having web browser compatibility problems. When I take a look at your website in Safari, it looks fine however when opening in IE, it’s got some overlapping issues. I simply wanted to provide you with a quick heads up! Other than that, fantastic site.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.