Texnologiya, ZZ-Manşet

“BlackBerry” şirkəti yeni smartfonunu nümayiş etdirib

blackberryKanadanın “BlackBerry” şirkəti bu günlərdə yeni “Passport” smartfonunu nümayiş etdirib. “BlackBerry Passport” smartfonu kvadrat formalıdır və iti künclərə malikdir. Şirkətdən bildirilib ki, bu cür forma ofis sənədləri və elektron cədvəllər, həmçinin elektron poçt və korporativ proqram təminatı işləmək üçün əlverişlidir.

Gsr.fm-in ICTnews-a istinadən  verdiyi xəbərə görə, yeni aparat 4,5 düymlük ekran, dördnüvəli çip, “BlackBerry” tətbiqləri kataloquna giriş, iki kamera və 16/32 QB daimi yaddaşla təchiz edilib. Aparatın qiyməti haqqında məlumat yoxdur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.