Aktual

“Bloqosfer 2011″in qısa xronologiyası

Tədbiri açıq elan edən təşkilatçılar -İlqar Mirzə və Azər Nəzərov bu tip forumların əhəmiyyətindən danışdı.

Azər Nəzərov:

Bu dəfə də elə  keçən il başladığım sözü demək istəyirəm. Bu forum sizindir. Burada nə müzakirə edəcəksinizsə, nə təkliflər qəbul edəcəksinizsə bunlar hamısı sizindir.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycanda İnternetin vəziyyəti” adlı təqdimatla çıxış etdi və bildirdi ki, Azərbaycanda İnternet sahəsinə investisiya qoyulması ilə bağlı ciddi problemler var.

Osman Gündüz:

Ciddi investisiya qoyuluşunu biz müşahidə etmirik. Kimlərsə tikintiyə investisiya qoymağı daha üstün hesab edirlər. Nəinki, hansısa oturumuş bir sayta.Amma xarici ölkələrə baxırsan, hansısa bir invesititor beş milyardı bir dənə sayta qoydu.

Sahil İT şirkətinin rəhbəri Vahid Qasımov “İnternet reklam bazarının vəziyyəti” adlı təqdimatla çıxış etdi. Qasımov Azərbaycanda facebook istifadəçilərinin sayının dünya  ilə müqayisədə sürətlə artdığını vurğuladı.

Vahid Qasımov:

Dünyada bir-iki dənə ölkə var ki, orada “Facebook” isitfadəçilərinin sayı bu qədər sürətli inkişaf edir. Yavaş- yavaş 10-15% inkişaf var. Bizdə son 3 ildə facebook isitfadəçilərinin sayı 30 dəfə artıb.

Forumun 2-ci günü iştirakçılarla da həmsöhbət olduq. İştirakçı Araz Yusubov dedi ki, müəyyən tənqid ediləsi məqamlar olsa da, görülən işlər təqdirəlayidir.

Araz Yusubov:

Hesab edirəm ki, Bloqosferin əsas müsbət cəhəti odur ki,açıq forum şəklidir yəni,hər yerdə belə imkan olmur. Hamı öz fikrini bərabər haqqlar ilə deyə bilir. Demək olar ki,məhdudiyyətsiz bütün sferalar təmsil olunur.

Forumun son günü Azərbaycan İnternet forumunun ekspert rəyi əsasında İnternetdə fəallığı ilə fərqlənən jurnalistlər, bloqçular, dövlət qurumları təltif olundular.

Mükafat alanlar sırasında olan “Azadlıq” radiosunun “250+” verlişinin aparıcısı Vüsalə Əlibəyli dedi ki, bu mükafat onun üçün gözlənilməz oldu.

Vüsalə Əlibəyli:

Şoka düşdüm dedilər ki, “250 +” Vüsalə Əlibəyli məndə dayanmışam özüm özümü elə bil çəkirdim.  “Record” düyməsini də basıb getmişdim. Demək Yeni Media vasitələrindən istifadə edib biz bunu insanlara çatdıra bilmişik. Bu çox sevindiricidir.

Həmçinin Region bloqosferində fərqləndiyinə görə,  Fərid Hacıyev də mükafata layiq görüldü.

Fərid Hacıyev:

Bloqosfer 2010 –dan bu tərəfə bloq dünyasında çox şey dəyişildi .Müsbətə doğru  çox dəyişiklər oldu.Bloqosfer 2011- dən çox gözləntilərim var ki, daha da müsbətə doğru dəyişiklər olacaq.

Mükafat alanlar arasında sosial mediada aktiv fəaliyyətinə görə Fərid Zeynalov, Azərbaycan Twitter-nin inkişafına görə Aztwi.com-un heyəti də var idi. Dövlət Qurumlarından isə Strateji Araşdırmalar Mərkəzinin Twitter hesabı dövlət qurumlarının sosial şəbəkələrdən effektiv istifadəsi sahəsində fərqləndiyinə görə təltif olundu.

Həmçinin ikinci günü  iştirakçılar tərəfindən təklif  olunmuş mövzular üzrə işçi qrupları yaradıldı. İşçi qruplar  İnternetin keyfiyyətsizliyi, biznes qurumları ilə iş, yeni mediada peşəkarlıq istiqamətləri üzrə müxtəlif mövzuları müzakirə edərək, təkliflər hazırlayıb, plenar ssesiyada iştirakçıların diqqətinə çatdırdılar.

Səsvermə nəticəsində işçi qruplarının Azərbaycanda İnternet və İnternet mediasının inkişafı üçün hazırladıqları təklif  paketlərinin hər biri qəbul olundu.

Qeyd edək ki, həmin təkliflər forumun yekun müracəti kimi təşkilatçılar tərəfindən aidiyyatı qurumlara göndəriləcək.

Xatırladaq ki, ilk dəfə 2010-cu ildə təşkil olunmuş Bloqosfer forumunun nəticəsində iştirakçılar tərəfindən İnternet mediasının inkişafı üçün aidiyyatı qurumlara və o cümlədən, İnternet ictimaiyyətinə ünvanlanan 20 təklifdən ibarət müraciət qəbul olunmuşdur.

“Bloqosfer 2011” Forumunun təşkilatçıları İnformasiya Texnologiyaları və İnternet Media təşkilatı, Barcamp Azərbaycan və Azərbaycan İnternet Forumudur.

Forum ABŞ-ın ölkəmizdəki səfirliyinin mailiyyə dəstəyi ilə həyata keçirilib. Həmçinin, bu ilki foruma biznes qurumu kimi Aquavita “TAC” MMC-də öz dəstəyini göstərib.

Hazırladı: 
Aysel Səlimli
Vüsalə Həsrətli
Alim Elbrus

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.