Sosial, ZZ-Manşet

BMT yeni mükafat təsis edib

nelson mandelaBMT Baş Assambleyasının nümüyəndələri Nelson Mandela adına mükafat təsis ediblər.

GSR.fm-in Anspress-ə istinadən verdiyi xəbərə görə, yeni mükafat ayrı-ayrı şəxslərə BMT prinsip və məqsədlərinin gerçəkləşdirilməsinə bəxş etdikləri töhvələrə görə veriləcək.

BMT baş katibi Pan Gi Mun bu barədə qəbul edilmiş qətnaməni tarixi adlandırıb. Onun fikrincə, mükafat Mandelanın irsini qoruyub artırmağa imkan verəcək.

Nelson Mandela 5 dekabr 2013-cü ildə Yohannesburqdakı evində 95 yaşında dünyasını dəyişib. O, Cənubi Afrika Respuliksının ilk qara dərili prezidenti (1994-1999) olub. Mandela aparteid rejimi ilə mübarizəyə görə həyatının 27 ilini həbsxanada keçirib. 1993-cü ildə o, Nobel sülh mükafatına layiq görülüb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.