Müsahibə, ZZ-Manşet

“Böyük oyunlardakı səviyyə fərqi öz sözünü dedi”

 

qebele

Avropa Liqasında qrup mərhələsinin oyunlarına start götürüb. Ardıcıl ikinci il qrup mərhələsinə yüksələn “Qəbələ” ilk görüşünü səfərdə keçirib. Roman Qriqorçukun komandası “Anderlext”in qonağı olub. Brüsseldə keçirilən görüşdə təmsilçimiz 1:3 hesabı ilə uduzub.

Bu barədə Gsr.fm-ə müsahibə verən idman şərhçisi Rövşən Binnətli bildirib ki, “Qəbələ”nin Anderlextnən səfər görüşündən sərfəli nəticə ilə dönməsi sual altında idi:

“Qəbələ komandasının düşdüyü qrub mürəkkəb qrupdur. Burada Almaniya, Belçika və Fransa təmsilçiləri var. Yəni komandalardan ikisi qitənin böyük beşliyinə daxil olan ölkələrin komandalarıdır. Söhbət Almaniyanın, Fransanın komandalarından gedirsə məlumdur ki, onların çempionatlarının səviyyəsi olduqca yüksəkdir. Anderlext bizə tanış rəqibdi. Vaxtilə qitə miqyaslı turnirlərdə Neftçi ilə də oynuyub. Ötən il isə Qarabağın rəqibi olmuşdu və Bakıda Qarabağ ona qalib gəlmişdi. Səfərdə də 1-2 hesabla uduzmuşdu. Yəni Qəbələnin Anderlextnən səfər görüşündən sərfəli nəticə ilə dönməsi sual altında idi. Anca Komanda güclü rəqibinin ad-sanından qorxmadı. Hətda hesabı eyiləşdirməyə gücü də çatdı. Lakin burada böyük oyunlardakı səviyyə fərqi öz sözünü dedi. Buraxılan ikinci və üçüncü top sırf təcrübəsizliyin və belə böyük turnirlərdə oynamaq səviyyəsinin hələ yetərincə olmamasının göstəricisi idi. Elə də bir  mürəkkəb vəziyyət olmadığı halda müdafiəçimiz topu öz qapımıza vurdu. Baxmayaraq ki, Qəbələ bu məğlubiyyətə məruz qaldı, Qəbələnin güclü rəqibindən cekinmədən sona qədər rəqabət aparması da təqdirə layiqdir”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.