Texnologiya, ZZ-Manşet

Britaniya Ədliyyə Nazirliyi cərimələnəcək

flag_of_great_britain-HDBöyük Britaniya Ədliyyə Nazirliyi məxfi məlumatların mühafizəsini təmin edə bilməməsinə görə 180 min funt-sterlinq məbləğində cərimə ödəyəcək.

GSR.fm-in ictnews.az -a istinadən verdiyi xəbərə görə, cərimənin tətbiqi Uiltşir şəhərində yerləşən “Erlestoke” həbsxanasının 3 min məhbusu haqqında informasiyanın olduğu sərt diskin itirilməsi ilə əlaqədardır.
 
Bildirilir ki, diskdə saxlanılan məlumatlar şifrlənməyib. Bundan əlavə, daşıyıcıda mütəşəkkil cinayətkarlıq, məhbusların qurbanları və onlara baş çəkənlər, eləcə də onların sağlamlığı və dərmanların düzgün istifadə edilməməsi haqqında materiallar olub.
 
Qeyd edək ki, 2011-ci ildə oxşar insident baş verib. O zaman 16 min cinayətkar haqqında məlumatın olduğu disk cinayətkarların əlinə keçib. Baş verən hadisədən sonra Böyük Britaniya Ədliyyə Nazirliyi informasiyanın şifrlənərək saxlanılacaq ehtiyat surətçıxarma üçün xüsusi sərt diskli yeni sistem təqdim edib. Lakin nazirlik mütəxəssisləri şifrləmə funksiyasının əllə işə salınması barədə məlumat verməyi unudublar.
 
Nəticədə bu səhvə görə cinayətkarlar mühafizə olunmayan informasiyanı oğurlaya biliblər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.