Texnologiya, ZZ-Manşet

Bu ölkə məlumat itkisinin sayına görə liderdir

xaker_3002016-cı ildə dünya miqyasında ələ keçirilmiş fərdi məlumatların sayı iki dəfə artıb.

GSR.fm ICTnews-a istinadən yazır ki, ekspertlərin hesablamalarına görə, 2016-cı ilin birinci yarısında məxfi informasiya itkilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. Altı ay ərzində 1 milyarddan çox fərdi məlumat ələ keçirilib ki, bu da ötənilki nəticəni ötür.

ABŞ məlumat itkisinin sayına görə liderdir: 2016-cı ilin yanvar-iyununda 451 belə hadisə qeydə alınıb ki, bu da fərdi məlumat itkisinin ümumi sayının 54%-i deməkdir. 110 məlumat itkisi qeydə alınmış Rusiya ikinci pillədə qərarlaşıb. Sonrakı, üçüncü pillədə Böyük Britaniya (39 məlumat itkisi) qərarlaşıb.

“InfoWatch” şirkətinin araşdırmasına əsasən, məlumat itkisinin 66%-i daxili səbəblər üzündən olub. Məlumat itkisinin 33%-i kənar hücumlar səbəbindən qeydə alınıb, amma belə hücumlardan dəymiş zərərin həcmi əvvəlki kimi yüksək qiymətləndirilir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.