Reportaj, Z-Manset

“Bulvarda günəşin çıxmasını gözləyirdik” - Reportaj

Bakının Dənizkənarı Bulvarı paytaxt sakinlərinin istirahəti üçün nəzərdə tutulan ən böyük parklardan biridir. Bulvar 1909-cu ildən salınmağa başlayıb.

Dənizkənarı Parkda insanların istirahəti üçün imkanlar yaradılıb. Bu imkanlardan yararlanaraq istirahət edənlərlə yanaşı, burada qağayıları yemləyənləri, musiqi alətlərində ifa edən gəncləri, velosiped, skate və təkərli konki sürənləri görmək mümkündür.

Bulvarda istirahətə gənclər qədər, yaşlılar da gəlir.

Parkda istirahət edən Mükafat Abbasov tələbəlik vaxtından bulvarın gözünün qabağında dəyişdiyini deyir: “Lalə kafesindən üzbəüz fəvvarənin yanındakı məhəccəri görəndə həmişə qızımın 3 yaşı olanda onun yanında çəkdirdiyimiz şəkili xatırlıyıram. İndi qızımgilə gedəndə həmin fotonu görürəm. Bu yaxınlarda onun qızının 3 yaşı olacaq. Mən demişəm qızıma ki, nəvə ilə gəlib orda şəkil çəkdirəcəyəm. Bu mənim üçün ən gözəl xatirələrdən biri olacaq”.

Hər kəsi bu parka fərqli bir duyğu bağlıyır. Dənizkənarı bulvarda istirahət etmək üçün günəşli hava kimi yağışlı havada da gedənlər olur.

Paytaxt sakini Ələkbər İsgəndərov bulvara gələndə son zəngini xatırladığını deyir: “Məzunların hamısı parka çıxardı və səhərə qədər gəzərdik, əylənərdik. Tanımadığın məktəb uşaqları ilə görürdün qol-qola tutardılar, başqa bir məktəbin uşağı gəlib “kuruqa” alırdı ya ordan bir qız oğurluyurdu, salırdılar “kuruqa”. Çox maraqlı keçirdi. Bulvarda bütün gecəni qalıb günəşin çıxmasını gözləyirdik”.

Gecələr isə işıqların rəngarəngliyi və insanların çoxluğu parkda tam başqa auranı yaradır.

Bakı sakinlərindən Dəmir Çeşməli müsahibəsində buranın çox dəyişdiyini bildirir: “Müasir Avropanın ölkələrindəki o bulvarların standartlarına demək olar ki, tam uyğundur. Burda istirahət etmək gözəldir. Mən belə bir bulvar Abxaziyada Qaqra şəhərində görmüşəm. Amma həqiqi mənada bizim bulvar bənzərsizdir “.

Bu materialı “Professional Media School” tələbəsi Əkrəm Hüseyn hazırlayıb.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.