Texnologiya, ZZ-Manşet

Cadillac ilk konseptini təqdim etdi

cadillac“Cadillac” şirkəti “Escala” adlı ilk konseptini təqdim etdi.  Prototip brendin gələcək modellərinin dizaynını nümayiş etdirmək üçün hazırlanıb. Bundan əlavə, konsept “Cadillac”-ın yeni flaqmanı barədə xəbər verir ki, bu flaqman model sırasında CT6-dan bir pillə yuxarıda dayanacaq.

GSR.fm auto.az-a istinadən bildirir ki, yeniliyin ölçüləri CT6-dan böyükdür. Avtomobil “Omega” platformasında hazırlanıb. Konsept 4,2-litrlik benzin tvin-turbo V8 mühərriki ilə təchiz edilib. Mühərrik 500 a.g.-ə malikdir.

Prototip diodlu optika və 22-düymlük təkər diskləri alacaq. Salon əl ilə işlənilib. “Cadillac Escala” üç OLED-displey alıb. Bildirilir ki, “Cadillac” yeni flaqman sedanını – CT9-u düzəltməyə hazırlaşır. Modelin təqdimatı 2029-cu ildə keçiriləcək.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.