Şamaxı sakinlərinin pir inancları
Şamaxı şəhəri və ətrafında 30-dan artıq pir mövcuddur. Bunlardan Sofu baba, Pirsaat, Birsaat, Pirimsaat, Şeyx Eyyub, Abdulkərim (və ya Abdullakərim) pirləri məşhurdur.
Şamaxı sakini Şura Məmmədova da pirlərə çox inanır. O bildirir ki, səkkiz oğuldan sonra bir qızı dünyaya gəlib.