Cəbrayıl və Füzulinin işğalına aparan yollar

Cəbrayıl alayının keçmiş komandiri Mahir Həsənov “Gənclər soruşur” verilişinin qonağı oldu. Qonağımızla birgə 1993-cü il 23 avqustda baş verənlər, Füzuli …

Fizuli döyüşləri zamanı

6 yaşlı qızın Füzuli arzusu

Avqust ayının 23-ü Füzuli və Cəbrayıl rayonlarının işğalından 18 il ötür.

Indi Azərbaycanın müxtəlif bölgələrində Füzuli və Cəbrayıl qaçqınları öz yurd-yuvalarının həsrəti ilə həyatlarına davam edirlər. Füzuli uğrunda döyüşlərdə iştirak edən Qulu Qasımoğlu o günləri belə xatırlayır.

Əli və Nino kitab mağazasında

“Kitab oxu, Hellas!”

Çox zaman gənclərdən narazı olan yaşlı nəsil, nədənsə, onların bu səsdən xəbərsiz olduqlarını deyir. Biz də bu fikrin nə dərəcədə …

Firudin Cəlilov

Yeni təhsil islahatları nə vəd edir?

“Gənclər soruşur” verilişinin bu dəfəki efirində təhsil sisteminin yeni tədris ilinə hazırlığı keçmiş təhsil naziri, təhsil üzrə ekspert, dilçi alim …

Bloqosfer Forumu zamanı

İnternetin gələcəyi müzakirə olunacaq

Elə bu səbəbdən də sentyabrın ikisindən dördünə qədər bloqçular, yeni media mütəxəssisləri, internetə aidiyyatı olan qurumlar, bir sözlə internet ictimaiyyəti Bloqosfer 2011 Formunda bir araya gələcəklər. Formun təşkil olunmasında əsas məqsəd Azərbaycanda bloqçuluğun, internetin və sosial medianın gələcək inkişafı ilə bağlı təkliflər hazırlayıb, müzakirə etməkdir.

İpotekada bəxti gətirməyənlər

Yeni evlənən hər bir gəncin arzusu şəxsi mənzilə sahib olmaq və övladlarını öz evində böyütməkdir. Amma indiki dövrdə bu elə də asan deyil. Axı Bakıdakı evlərin qiymətləri hər ailənin büdcəsinə uyğun gəlmir. Bakıətrafı qəsəbələrdə isə ən ucuz iki otaqlı mənzilin qiyməti təxminən 60 min manatdır. Orta aylıq əməkhaqqının 340 manat olduğu bir ölkədə isə 4-5 nəfərlik ailənin bu qiymətə ev alması müşkül məsələdir. Amma gənclərin mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da ipoteka kreditləri verilir. Bu xidmətdən kimlər istifadə edə bilər? Sualımıza aydınlıq gətirmək üçün İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, iqtisadçı Qubad İbadoğluna müraciət etdik.

Kimsəsiz uşaqların gələcəyi

Erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısını dada bilmirlər. 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən gənc yaşlarında küçədə qalmaq təhlükəsi iə üzləşirlər. Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir.

Razi Vəliyev Vəlvələ verilişinin qonağıdır

Xarici diplomlar tanınamaya bilərmi?!

“Vəlvələ” verilişinin efirində Təhsil Nazirliyinin xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etməsi müzakirə olundu.

Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirinin müavini Elmar Qasımov Təhsil Nazirliyinin xaricdə təhsil imkanı yaradan mərkəzlərin vasitəsilə təhsil alanların diplomlarının tanınmayacağı barədə xəbərdarlıq etmişdi.”Bu mövzu Türkiyə universitetlərinin Azərbaycandakı təmsilçisi, “Akademi” təhsil qurumlarının layihə rəhbəri və xaricdə təhsil üzrə ekspert Razi Vəliyevlə müzakirə olundu.

Gənclərin axşamüstü gəzintisi

Qızlara evə gec getmək olmaz?!

“Evə gec gəlmək olmaz…” Bu ifadəni daha çox qızlara ünvanlandığının şahidiyik. XXI əsrdə yaşamağımıza baxmayaraq, bu gün Azərbaycan kimi demokratik, …

Gözəllik salonunda müsahibə

Başa bəla gözəllik

Gözəllik qurban tələb edir. Bəs bu qurban sağlamlıq olarsa, onda necə? Dövrümüzdə QİÇS, qaraciyər serrozu, göbələk, dəmrov kimi xəstəliklərin yayılmasında gözəllik salonları az rol oynamır. Manikür- pedikür, qulaq deşilməsi, saç kəsimi zamanı istifadə edilən alətlərin sterilizə olunmaması təhlükəli xəstəliklərin yoluxdurulmasına səbəb olur.

İndi gənclər niyə gec ailə qurur?

Son zamanlar ölkəmizdə gənclərin gec ailə qurması dəb halını almağa başlayıb. “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bunu gənclərin karyera qurmağa meyl etməsi ilə əlaqələndirir:

Həyata etiraz edən gənclər çoxalır

“Bir nəfər intihara cəhd edib”. Təəssüflər olsun ki, son dövrlər Kütləvi İnformasiya Vasitələrində bu sözləri tez-tez eşidirik. İntihar hallarının statistik göstəriciləri həyəcan təbili çalır. Hesablamalara görə, dünyada hər 20 saniyədə 1 adam özünü öldürür. Bəs, görəsən, Azərbaycanda vəziyyət necədir?