Aprel ayının 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda fotoqraf Orxan Əzimin Çernobıl hadisəsinin 30 illiyinə həsr etdiyi fotosərisinin açılışı olub.
Açılışda əvvəlcə Çernobıl faciəsi qurbanları 1 dəqiqəlik sükutla yad olunub. Sərginin açılışında xalq rəssamı Ağaəli İbrahimov, “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov və Orxan Əzim çıxış ediblər.
Fotoların müəllifi ideyanın yaraması ilə bağlı GSR.fm-ə məlumat verib:
“Çernobıl mövzusu, ümumiyyətlə bu tip mövzular mənə daha çox yaxın olduğu, biraz araşdırmalardan sonra Çernobıl bu günümüzdə gedə biləcəyimiz yelərdən olduğu üçün və hadisənin 30 illiyi ilə əlaqədar Çernobıla getməyi qərara aldım. İki il idi bu mövzunu araşdırırdım və bilirdim ki, bizdə bu barədə sərgi olmayıb və həm içimdə enerji olduğu, həm də rahat olmaq üçün getməyi qərara aldım. Şəkilləri çəkərkən üzləşdiyim çətinlikləri sözlə ifadə edə bilməyəcəm, onlar daxili hisslərdir. Amma çətinliklər çox oldu, qorxu oldu, həyəcan oldu, gərginlik oldu. Bəzən elə kadrlar oldu ki, orda ehtiyatlı olmağı unudurdum, çünki o kadrları çəkməli idim və bilirdim ki, bu, möhtəşəm alınacaq. Sən orda nə isə itirəcəksən, amma kadr möhtəşəm alınacaq”.
Orxan bəy təşkil olunan sərgi barədə də fikirlərini bölüşüb:
“Gedib gəldikdən sonra da bir müddət gizli saxladım, amma sonradan elan etdim. Sərgiyə marağın nə səviyyədə olduğuna da siz baxın, mən deyə bilmərəm, çünki mən ora-bura qaçıram. Onu deyə bilərəm ki, gözlədiyimdən çox adam gəldi”.
Sərgini izləməyə gələnlərdən Aytac Qaffar Çernobıl haqqında əvvəllər də maraqlandığını, amma heç vaxt Çernobılı bu qədər yaxından görmədiyini deyib:
“Orxanın bu cəsarətini çox böyük dəyərləndirirəm. Həqiqətən çox xoşuma gəldi, çünki bu,tarixdir və tarixi də əks etdirmək çox böyük cəsarət tələb edir, yəni sərgi çox xoşuma gəldi ”.
İzləyicilərdən digəri Rasim Qaraca isə sərgini sarsıdıcı adlandırıb:
“Orxan Əzimin fotolarını izlədim, diqqətlə baxdım. O xərabə səhnələri, doğrudan da, sarsıdıcıdır. Həyatın, yaşamın qara tərəfini göstərmək insanları daha yaxşı yaşamağa motivə edir deyə düşünürəm. təbrik edirəm, gözəl sərgidir.Başarılar diləyirəm. Orxanin mədəni cəsarətini alqışlayıram”.
Qeyd edək ki, Çernobıl faciəsi 26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı nəticəsində baş verib. Sərgi “Report” İnformasiya Agentliyinin, Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin və Rəssamlıq İttifaqının dəstəyi ilə təşkil olunub.
best place to buy generic viagra online [url=https://viagenupi.com/#]viagra 100mg[/url] viagra
brand name viagra 100mg viagra samples https://viagenupi.com/
abroad preparation [url=http://viacheapusa.com/#]100mg viagra overnight delivery to me[/url] significantly mortgage really engineer viagra on sale anywhere switch 100mg viagra overnight delivery to me completely hole http://viacheapusa.com/
tourist request [url=http://cialisles.com/#]generic cialis[/url] between novel
primarily population cealis quickly medicine generic cialis away mouth http://cialisles.com/