Siyasət, Xəbərlər, ZZ-Manşet

Dağıdıcı fəlakətdə 11 mindən çox bina dağılıb

sdfsdfes

Koreya Xalq Demokratik Respublikası son 70 ilin ən güclü təbii fəlakəti ilə üz-üzə qalıb.

GSR.fm-in Azvision-a istinadən verdiyi məlumata görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi Asiya ölkələrini – Monqolustan, Vyetnam, Laos, İndoneziya, Hindistan, Kamboca, Malayziya, İran və Pakistanı “Layonrok” qasırğasının fəsadlarını aradan qaldırmağa kömək etməyə çağırıb.

Aramsız leysan yağışları ilə müşayiət olunan təbii fəlakət nəticəsində Xamqyon-Pukto əyalətində 11,6 min bina dağılıb, 180 yol sahəsi və 60 körpü zədələnib. Bir çox yerlərdə rabitə və elektrik təchizatı kəsilib.

Daşqınlar nəticəsində yüzlərlə insanın həlak olduğu və itkin düşdüyü bildirilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.