Texnologiya, ZZ-Manşet

Daşınan qurğular enerji hasil edəcək

1ABŞ-ın Şimali Karolina Universitetinin alimləri müasir termoelektrik generatorlardan bir neçə dəfə çox elektrik enerjisi istehsal edən yeni daşınan qurğu prototipi yaradıblar.

GSR.fm İCTnews-ya istinadən xəbər verir ki, termoelektrik generatorlar elektrik enerjisi hasilatı üçün istifadəçinin bədəni və hava arasında temperatur fərqindən istifadə edir. Əvvəlki oxşar qurğular 1 kvadrat santimetr üçün yalnız 1 mikrovatt istehsal edə bilən ağır və böyük radiatorlardan istifadə edib. Şimali Karolina Universitetinin alimlərinin yaratdığı yeni texnologiya isə iri radiatordan istifadə etmədən 1 kvadrat santimetr üçün 20 mikrovatt elektrik enerjisi hasil etməyə imkan verir.

Kiçik ölçüyə malik yeni termoelektrik generator əyilə bilir ki, bu da qurğunu istifadəçinin bədəninə dəqiqliklə bərkitməyə imkan verir. Qurğunun istilikkeçirici qatı dəri ilə əlaqəyə girərək istiliyi udur, polimer qat isə istilik xüsusi generatordan keçməzdən əvvəl onu yayılmadan saxlayır.

Digər daşınan termoelektrik generatorlar kimi, cihaz idman bilərzikləri və ya “ağıllı” saatlar kimi müxtəlif daşınan qurğuların işinin dəstəklənməsi üçün lazım olan enerjini hasil etməyə imkan verir.

Tədqiqat üçün alimlər generatorların quraşdırıldığı idman maykalarından istifadə ediblər. Nəticədə alimlər müəyyənləşdiriblər ki, yeni texnologiya bütün məşhur analoqlardan daha çox – istifadəçi üçün normal şəraitdə 1 kvadrat santimetr üçün 6 mikrovatt və fiziki hərəkətlər zamanı 16 mikrovatt elektrik enerjisi hasil edir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.