İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Devalivasiyalar ölkənin siyahıdakı yerinə ciddi təsir göstərmir”

fotoDünya Bankı Azərbaycanı yuxarı-orta gəlirli ölkələr siyahısına salıb və bu siyahıda 55 öllkənin adı var.

Bu barədə GSR.fm-ə müsahibə verən iqtisadi ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanda baş vermiş  devalivasiyalar, ümumdaxili məhsulun dollarla ifadəsinin azalmasına gətirib çıxarıb:

“Nəzərə alsaq ki, Dünya Bankının rəqəmləri adətən ilin yekunu ilə müəyyənləşdirilir və Azərbaycanın mövqeyini və durumu müəyyənləşdirən zaman 2015-ci ilə əsasən bu qiymətləndirməni aparıb. 2015-ci ilin əvvəllərində manatın devalivasiyası baş versə də, ikinci devalivasiya dekabrın sonunda baş verdiyi üçün bu, ümumdaxili məhsulun dollarla ifadəsinə kəskin təsir göstərməmişdir. Ümumidaxili məhsulun həcmi orta məzənnə əsasında müəyyənləşdirilmişdir. Eyni zamanda nəzərə alsaq ki, 2008-2014-cü illərdə Azərbaycanda ümumdaxili məhsulun həcminin kəskin artması və dolların ifadəsində 75 milyard dollara qədər yüksəlməsi sonraki dövrdə də orta gəlirli ölkələr qrupunda qalmasına imkan verirdi. Bu baxımdan 2016-cı ilin ümumdaxili məhsulun dollarla ifadəsi və növbəti illərdəki göstəricilər Azərbaycanın bu siyahıdakı yerinə təsir göstərə bilər. 2017-ci ildə də yəqin ki, qiymətləndirmə aparılacaq və o zaman 2016-cı ilin iqtisaddi yekunlarına əsasən qiymətləndirmə aparılacaq. Əgər məzənnədə Mərkəzi Bank stabilləşməyə nail ola bilərsə, o zaman növbəti illərdə Azərbaycan qrupdakı yerini saxlaya bilər. Hələlik baş verən devalivasiyalar ölkənin siyahıdakı yerinə ciddi təsir göstərmir. Amma təbii ki, Azərbaycan üçün də vacibdir ki, ümumdaxili məhsulun dollarla ifadəsində stabilləşməsinə nail olsun, çünki bu onun yerinin qorunub-saxlanması baxımından çox vacibdir”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.