Xanım-Xatın, Z-Manset

Diyetoloq Leyla: “Şirniyyat yeyərək də arıqlamaq olur”

esas shekilXanımlar hər zaman diqqət mərkəzində olmağı sevir, gözəlliklərini qorumaq üçün min bir üsula əl atırlar, amma bəzən məsləhətləşmədən atılan bu addımlar nəticəsində müxtəlif fəsadlar da ortaya çıxa bilir. Biz də xanımlar üçün maraqlı olan bir çox suallara cavab tapmaq məqsədilə radiomuzda yayımlanan  “Xanım-Xatın” verilişini yeni formatda – yazılı rubrika kimi hazırlamaq qərarına gəldik.

Qeyd edim ki, “Xanım- Xatın” rubrikası paytaxtda yerləşən “MADO” restoranlar şəbəkəsinin dəstəyi ilə hazırlanır.

Rubrikamızda bu dəfə fəsil dəyişikliyi ilə əlaqədar olaraq xanımları ən çox düşündürən mövsümə uyğun qidalanmaq mövzusundan danışacağıq.

Müsahibimiz tanınmış həkim-diyetoloq Leyla Zülfüqarovadır.

Leyla xanımın diyet və sağlam qidalanma ilə bağlı məsləhətçiliyindən nəinki Azərbaycanda, həmçinin ölkə xaricində də istifadə edənlər var. Eyni zamanda bir çox tanınmış simalar məhz Leyla xanımın sağlam qidalanma haqqında məsləhətlərindən yararlanırlar. Buna görə də müsahibimiz haqlı olaraq “Ulduzların diyetoloqu” da adlandırılır.

Qonağımızla “MADO” restoranlar şəbəkəsinin Nərimanov şöbəsində görüşürük. Payız fəslini yaşadığımız üçün elə söhbətimizə də payızın özünəməxsus qida rasionu haqqında danışmaqla başlayırıq.

IMG_1290-1

Leyla xanım deyir ki, payızda insan orqanizmində yuxu hormonu çoxaldığına, xoşbəxtlik hormonu isə azaldığına görə biz daha çox vitaminlə zəngin qidalara üz tutmalıyıq. Bu isə o deməkdir ki, qida rasionunda meyvə və tərəvəzlər üstünlük  təşkil etməlidir. Payız fəslində meyvə çeşidləri isə onsuzda çox olur. Yəni, bu mexanizmi biz yox, Allah belə yaradıb. Sadəcə bu nemətlərdən necə gəldi deyil, düzgün şəkildə istifadə etmək lazımdır.

Hormonların yerinin dəyişdiyi, infeksiyaların, xəstəliklərin geniş yayıldığı bir vaxtda isə qidalanmağımıza qarşı daha diqqətli olmalıyıq.

Leyla xanım,bəsgün ərzində nə qədər və hansı aralıqlarla meyvə qəbul etmək lazımdır? Və bu günlük qida rasionunda hansı yeri tutmalıdır?

Meyvələrin günün birinci və ikinci yarısında yemək araları zamanı, şirə, meyvə salatı, tərəvəzlərin isə həm çiy, həm bişmiş, eyni zamanda ətli-səbzəli şəkildə qəbul edilməsi məqsədəuyğundur. Payız üçün kök, çuğundur, kələm ən vitaminli tərəvəzlər hesab edilir. Normal qidalar qəbul etdiyimiz zaman kalorili yeməklərə yer qalmır.

Soyuq havaların əsl yeməyi hesab edilən xəmir xörəkləri isə həftədə iki – üç dəfə yox, 15 gündə bir dəfə yeyilməlidir. O da bölünməlidir, əgər düşbərə qəbul olunubsa, gələn dəfə xəngəl yeyilməlidir.

Müsahibimə diyetada olan şəxslərin şirniyyat yeməsi barədə sual ünvanlamaq istədiyim anda sürprizlə qarşılaşırıq.

IMG_1323-1

Leyla xanımın ölkənin tanınmış diyetoloq-həkimlərindən olması “MADO” restoranın da gözündən qaçmır. Fürsəti qaçırmayan “MADO” personalı Leyla xanımdan MADO-nun menyusuna yeni daxil ediləcək diyet və diabetik paxlavaları dadmağı və bir mütəxəssis kimi fikrini bildirməyi xahiş edir, hətta əlavə edirlər ki, bu paxlavaların dadına ilk olaraq məhz Leyla xanım baxır.

Süfrəyə iki növdə paxlava təqdim olunur. Ofisiant Ruslan bizə paxlavalar haqqında məlumat verir. Deyir ki, yumru formada olan paxlavanın adı “Dilbər dodağı”, dördkünc şəkildə olanın adı isə “Fıstıqlı paxlava”dır. Əlbəttə, Leyla xanım bir mütəxəssis olaraq yeməyə başlamazdan öncə paxlavının tərkibini yaxşı-yaxşı öyrənir. Restoranın işçisinə unun, şərbətin tərkibi, bişmə üsulu və s. ilə bağlı bir çox sual ünvanlayır. Düzünü desəm, qida rasionuma xüsusi diqqət etdiyimdən mənim üçün də Leyla xanımın bu paxlava haqqında təəssüratları maraqlı olur və həyacanla onun rəyini gözləyirəm.

Paxlavadan dadır və üzündə razılıq təbəssümünü gördükdən sonra müsahibəmizə qaldığımız yerdən davam edirik.

Leyla xanım, bəs siz özünüz həkim-diyetoloq olaraq şirniyyat qəbul edirsinizmi? Qida rasionunuzda şirniyyatların yeri nə qədərdir?

Mən ancaq diyetik paxlava, şəkərbura, halva yeyirəm. Hətta diyet tortlar da var. Məsələn, bu paxlavanın görünüşü türk paxlavasını xatırladır. Baxmayaraq ki, mən türk paxlavasını sevmirəm, ancaq bu paxlavanın dadı fərqlidir. Mən bunu çox bəyəndim. Tez-tez “MADO”ya gəlirəm, xaricdən qonaqlarım olanda da bura gətirirəm. Bundan sonra gələn qonaqlarıma, hətta həkimlərə və müalicə etdiyim şəxslərə də bu paxlavanı mütləq tövsiyə edəcəm.

IMG_1327-1

Leyla xanım, tez-tez yemək yemədən arıqlamağa cəhd edənlər haqqında eşidirik. Hətta bəziləri arıqlamaq üçün bir neçə gün ancaq su ilə qidalanır. Bu növ diyetlərə müraciət etmək nə qədər düzgündür? Yəni, həqiqətən də ac qalmaqla sağlam arıqlamaq mümkündür?

İnsanlar elə bilirlər ki, yemək yemədimsə, deməli arıqlayacam, amma bu insan orqanizminə çox ziyandır. Biz gündə üç dəfə yox, dörd-beş dəfə yeyərək də arıqlaya bilərik. Allahın bizə bəxş etdiyi heç bir nemətdən özünüzü məhrum etməyin. Sadəcə bilmək lazımdır ki, hər şey qədərində və vaxtında yeyilməlidir. Şirniyyatlardan imtina etməlisiniz deyilən bir məcburiyyət yoxdur, şirniyyat yeyərək də arıqlamaq olur.  Əsas odur, hər kəs öz çəkisinə uyğun şirniyyat qəbul etsin. Bunun üçün də mütləq diyetoloqa müraciət etmək lazımdır.

Əlbəttə, bu məsələdə restoranların da üzərinə böyük yük düşür. Restoranlar menyularında diyet saxlayan insanları mütləq nəzərə almalıdırlar. Dünyanın bir çox ölkələrində restoranlarda diyet menyuları var, burada istirahət edən insanlar çox rahat şəkildə həmin menyudan istifadə edə bilirlər. “MADO” restoranlar şəbəkəsinin də belə bir yeniliyə başlaması təqdirəlayiqdir.

Leyla xanımın çox gərgin iş cədvəli olduğundan bizə ayıra bildiyi bir saatın sonuna çatırıq, ancaq ən qısa zamanda yenidən görüşüb, daha ətraflı söhbətləşəcəyimiz haqqında sözləşirik.

Ancaq müsahibə boyunca Leyla xanımın diyet paxlavanın yanında yaşıl çay içdiyini müşahidə etdiyimdən ayaqüstü olsa da, ondan bunun səbəbini soruşuram. Və öyrənirəm ki, sən demə, diyet paxlavayla mütləq yaşıl çay içilməlidir. Düzünü desəm, mən də əslində yaşıl çay çox içirəm, amma bu çayın dadı mənə çox fərqli gəldi. İndi dəqiq deyə bilməyəcəm bu paxlavanın dadının gözəlliyi idi, yoxsa çayın? Deyəsən, ikisi birlikdə vəhdət təşkil edirdi.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.