Texnologiya, ZZ-Manşet

Dörd mindən çox domen qeydiyyata alınıb

internet-chat-570x360Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artmaqda davam edir.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hazırda milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22 750 çatıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, ilin əvvəlindən bu günədək 4 386 domen qeydiyyatdan keçirilib, 2 431 domen isə ləğv edilib. Beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1 955 domen təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə qeydiyyata alınan domen adlarının sayı 12%-dən çox olub.

Hazırda Azərbaycanda 21 219 “*.az”, 927 “*.com.az”, 177 “*.edu.az”, 123 “*.org.az”, 74 “*.net.az”, 67 “*.co.az”, 42 “*.int.az”, 52 “*.info.az”, 37“*.pp.az”, 18 “*.biz.az”, 8 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 4 domen adı qeydə alınıb “gence.az”, “sheki.az”, “ganja.az”, “imishli.az.”

Son 3 ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə  4 387, 2012-ci ildə 5 478 domen adı olub. Ötən il ərzində 6 199 domen qeydə alınıb və təxminən 2 500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3 699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.