İqtisadiyyat, ZZ-Manşet

Dünya bankı Syerra-Leoneyə $160 milyon ayırıb

dunya bankiDünya bankı (DB) Ebola virusu epidemiyası davam edən Syerra-Leonenin iqtisadiyyatını dəstəkləmək üçün $ 160 milyon həcmində yardım ayırıb.

GSR.fm Trend-ə istinadən məlumat verir ki, bu barədə Syerra-Leone prezidenti Ernest Baya Koromanın DB rəhbəri Cim Yon Kimlə çərşənbə günü Fritaunda keçirilən görüşün yekunlarına dair bildirib.

Gözlənilir ki, beynəlxalq maliyyə qurumu tərəfindən ayrılan vəsaitlər, əsasən, epidemiya üzündən zərər çəkmiş kənd təsərrüfatı sektorunun sağlamlaşdırılmasına və iş yerlərinin yaradılmasına yönələcək.

“Biz Ebola virusu epidemiyasının yayılması ilə əlaqədar Syerra-Leonenin aqrar sektorunda məhsulun azalması ilə çox narahatıq”, – Cim Yon Kim yerli kəndlilərə dəstək verərək bu barədə deyib.

Корома Ebola virusu epidemiyasının qarşısının alınması üzrə tədbirləri şərh edərkən öz tərəfindən bəyan edib ki, “prioritet ölkəni yox virusu təcrid etməkdir”.

Ümumdünya səhiyyə təşkilatının (ÜST) son məlumatlarına görə, epidemiyanın yayılmasının qurbanları 6 min nəfərə çatıb, daha 17 min nəfər yoluxub.

Təhlükəli virusun ən çox qurbanları Qərbi Afrikanın üç ölkəsində – Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.