“Microsoft” korporasiyasının yeni tərəfdaşı Hindistanın “Xolo” şirkəti “Windows Phone 8.1” əməliyyat sistemi ilə işləyən yeni smartfon hazırlayır.
GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, “Xolo” şirkətinin smartfonunun çəkisi 100 qramı ötməyəcək.
Qurğunun texniki xarakteristikaları haqqında informasiya hələ ki yox səviyyəsindədir. Aparatın 4,7 düymlük diaqonallı ekranla təchiz ediləcəyi gözlənilir.
Smartfonun daha bir özəlliyi qiymətinin ucuz (200 dollar) olmasıdır.