Çoxlarının “Kişi sözü” filmindən tanıdığı Əjdər Həmidov yeni seriala çəkiləcək.
Bu xəbəri mediaya GSR.fm vasitəsilə açıqlayan aktyor əvvəllər sadəcə bir serialda çəkilsə d, sonralar heç bir seriala çəkilmədiyini bildirib:
“Sentyabr ayının 22-dən etibarən yeni serial çəkilişlərimiz başlayacaq. Bu serial ATV kanalının istehsalı olacaq. Burada bilirsiz maraqlı nədir? Bu serialın adı “Kişi sözü” olacaq. Orada mən əsas rollardan birini ifa edəcəm”.