Texnologiya, ZZ-Manşet

Ekvador dünyanın ilk dövlət elektron valyutasını yaradır

ecuadorEkvador dünyada birinci dövlət elektron valyutası yaratmağı planlaşdırır.
 
GSR.fm ICTnews-a istinadən bildirir ki, ekspertlərin fikrincə, bu, dollardan milli məzənnə kimi imtina edilməsi yolunda atılacaq ilk addım ola bilər.
 
Planlaşdırılan virtual valyuta hələ ki adsızdır, pul vahidinin buraxılması dekabrda nəzərdə tutulub. Ekvador məmurları deyiblər ki, valyuta bitkoinə oxşamayacaq. Elektron valyutanın həcmi əhali arasındakı tələbatdan asılı olacaq.
 
Yeni pul vahidi dollarla tandem şəkildə mövcud olacaq və Latın Amerikası ölkəsinin ənənəvi bank xidmətlərindən istifadəyə edə bilməyən əhalisinə hesablanıb. Beləliklə, ekvadorlular mobil telefonların vasitəsilə virtual valyutanın köməyi ilə hesablaşacaqlar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.