İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Elə müəssisələr olacaq ki, özəlləşməsinə maraq olmayacaq”

1456907112_emlakƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 25 oktyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərracda ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb.

GSR.fm-ə məsələ ilə bağlı müsahibə verən iqtisadi ekspert  Rəşad Əliyev deyir ki, müəssisələrin hərraca çıxarılmasının əsas iki məqsədi olur – Birincisi pul əldə etmək, ikincisi isə regionlarda işləyən aktivlərin şəxsi sektora verilməsi, həmin özəlləşdirilməyə çıxarılan müəssisələrin dövlətin nəzarətindən çıxarılmasıdır:

“Çünki  o müəssisələr artıq dövlət üçün yük rolunu oynayır. Digər bir məsələ isə onların səmərəli istifadəsinə ehtiyac var. Ona görə də, dövlət müəssisələrinin özəlləşdirilməsi normal haldır. İnkişaf etmiş ölkələrdə də artıq dövlət çalışır ki, biznesdən kənar dayansın. Çünki anlayır ki, bineslə biznesmen məşğul olmalıdır”.

Rəşad  bəy  ilk növbədə ən çox yük təşkil edən müəssisələrin özəlləşdirilməsi  əsas götürüləcəyini bildirir:

“İkinci kriteriya odur ki, bəzi müəssisələr  var ki, dövlət onun investorlar üçün əhəmiyyətli olub-olmadığını bilmir. Bunların hərraca çıxarılması zamanı dövlət görsə ki, bu müəssisə heç kimi maraqlandırmır və ya investorlar ona pul qoymaq istəmir  və bu müəssisə dövlət üçün yükdürsə belə halda qərar qəbul edilə  bilər ki, həmin müəssisə ləğv edilsin. Sözsüz ki, elə müəssisələr olacaq ki, onun özəlləşməsinə maraq olmayacaq. Söhbət daha çox böyük müəssisələrdən gedir”.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.