İqtisadiyyat, ZZ-Manşet

Əmanətlərin Sığortalanması Fonduna pul köçürülüb

merkezi-bankAzərbaycan Mərkəzi Bank (AMB) lisenziyası ləğv olunan banklarda əmanətlərin qaytarılmasına görə Əmanətlərin Sığortalanması Fonduna indiyədək 100 mln. manat məbləğində vəsait verib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

Onun sözlərinə görə, bu vəsait 2 tranşla fondun hesabına köçürülüb: “Qorunan əmanətlərin qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna ilk tranşda 80 milyon manat, ikinci tranşda isə 20 milyon manat köçürülüb”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.