Texnologiya, ZZ-Manşet

Emosiyaları anlayan robotların hamısı bir dəqiqəyə satılıb

robotYaponiyanın “Softbank Corp.” şirkəti insan emosiyalarını anlayan “Pepper” robotlarının hamısını bir dəqiqəyə satıb. Şirkət hazırda əlavə sifarişlər qəbul etməyə hazır olmadığını açıqlayıb.

214 min yen (1,7 min dollar) qiymətinə olan insanabənzər robotlar üçün onlayn sifarişlərə şirkət yerli vaxtla 10:00-da başlayıb. Satışa çıxarılan qurğuların ilk partiyası 1000 ədəd təşkil edib.

GSR.fm  İCTnews-a istinadən xəbər verir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, robot çoxlu kamera və ötürücülərlə təchiz edilib. Bu, ona insan emosiyalarının bütün spektrini – sevinc, kədər, qorxu, həyəcan, əsəb hisslərini müəyyən etməyə imkan verir. Vəziyyətdən asılı olaraq “Pepper” zarafata cavab olaraq gülə və ya sahibini sakitləşdirə bilər.

“Robot şərait və insanın üz ifadəsindən asılı olaraq müxtəlif  vəziyyətə düşməyə qadirdir. O, insanı ruhlandıra, özünü fəal apara, bəzən isə tənhalıq hiss edə bilər”, – “Softbank” prezidenti Son Masayesi deyib.

Son vaxtlar robotlar Yaponiyanın istehsal və xidmətlər sahəsinə aktiv tətbiq edilir. İyunun 17-də hökumət robotların daha perspektivli sənaye müəssisələrində və xidmətlər sahəsində tətbiqinə yardıma dair proqram qəbul edib. Bunda məqsəd robotların modernləşdirilməsinin sürətləndirilməsi və işçi qüvvəsinin çatışmazlığı və qocalması şəraitində əmək məhsuldarlığının artırılmasıdır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.