Sosial, ZZ-Manşet

Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər

passportTürkiyədə erməni immiqrantlara vətəndaşlıq verilməsi məsələsi müzakirə edilib.

Bu barədə müzakirələr Türk Dünyası Müdriklər Forumunun növbəti iclasında baş tutub.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, Türkiyənin eyni adlı qəzetinin iddialarına görə, iclasda Ermənistandan gəlmiş şəxslərin Türkiyədə qeyri-leqal yaşaması barədə məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın yekununda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təqdim edilməsi üçün bir sıra təkliflər müəyyən olunub. Təkliflər paketində Türkiyədə qeyri-leqal yaşayan və çalışan ermənilərə vətəndaşlıq verilməsi təklif olunur. Bundan başqa iclas çərçivəsində Ərdoğanın Ermənistana 1915-ci ildəki hadisələrlər bağlı başsağlığı verməsi sammit iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, hazırda Türkiyədə qeyri-leqal 30 minə yaxın Ermənistan vətəndaşı yaşayır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.