Sentyabrda erməni silahlı bölmələri atəşkəs rejimini 460 dəfə pozub.
GSR.fm APA-ya istinadən xəbər verir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Ötən ay cəbhəboyu əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altında olub.
Sentyabrda erməni silahlı bölmələri Ağdam,Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri atəşə tutub.
Qeyd edək ki, avqust ayında atəşkəs 467 dəfə pozulub.