Müsahibə, ZZ-Manşet

“Əsədin Suriyada qələbə çalmaq şansı yoxdur”

s3005155874jpg-728x728 (1)

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, Suriyada baş verən savaş, onun sərhəddin aşaraq Rusiyaya da öz təsirini göstərə bilər.

Bu barədə GSR.fm-ə müsahibə verən “Atlas”araşdırma mərkəzinin sədri Elxan Şahinoğlu bildirir ki, çox təəssüf ki, Suriyada müharibə dayanmaq əvəzinə biraz da şiddətlənir. 

“Müxtəlif qruplar- Suriya ordusu, ona müxalif olan Azad Suriya ordusu vəziyyəti gərginləşdirməkdə davam edirlər. Bir müddət əvvəl məlumat yayıldı ki, Rusiya və Amerika razılığa gəliblər və Suriyada uzunmüddətli atəşkəsə nail olacaqlar. Amma göründü ki, bu atəşkəs dövründə də tərəflər atəşkəsə əməl etmədilər və bombardumanlar nəticəsində uşaqlar da həlak oldu. Ən pisi odur ki, tərəflərin hər biri xəstəxanaları da bombarduman edirlər. Bu məsələ ilə bağlı artıq beynəlxalq təşkilatlar həyəcan təbili çalırlar. Rusiya Suriyada aktiv olanda bir müddət belə məlumatlar oldu ki, guya Rusiya Əsədə dəstək verməklə Əsədin rəqiblərini və terroçu təşkilatları bu ölkədən sıxışdırıb çıxardacaq. Amma bu olmadı”.

Siyasi-analitik həmçinin bildirir ki, qarşı tərəfdə güclü müqavimət göstərir:

“Müxalifətə isə Türkiyə, Amerika və ərəb ölkələri dəstək verirlər. Ona görə də məncə, Əsədin Suriyada qələbə çalmaq şansı yoxdur. Tərəflər razılığa gəlib əsas hədəfə doğru irəliləməlidirlər. Amma bu məsələdə çox təəssüf ki, böyük dövlətlər razılığa gələ bilmirlər. Dünən bununla bağlı iki açıqlama oldu. Birincisi dövlət departamentinin rəsmisi Rusiyaya xəbərdarlıq etdi ki, bu cür müdaxilələr Rusiyanın özünə baha başa gələ bilər. Ölən və yaralanan Rusiya əsgərlərinin sayının artmasından başqa, həm də, terrorçular Rusiyada fəallaşa bilər. Digər açıqlama isə elə Bakıda ikən Rusiyanın Kəşfiyyat xidmətinin rəhbərindən gəldi. O dedi ki, onların əllərində sənədlər var ki, İŞİD terrorçu qruplamsası Şimali Qafqazda terroru yaymağa çalışır. Belə bir təhlükədə realdır”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.