Texnologiya, Xəbərdar, ZZ-Manşet

Eynəkdən qurtulmağa imkan verəcək displey hazırlanıb

goz linzaABŞ-ın Kaliforniya Universitetinin alimləri gözü zəif olan insanlara təsviri dəqiq görməyə və eynək taxmaqdan xilas olmağa imkan verəcək displey prototipi hazırlayıblar.

Texnologiyanın mahiyyəti hər piksellə şüalandırılan işığın dəyişməsində və onun birbaşa gözün tor qişasına plastik filtrdəki kiçik dəlik vasitəsilə ötürülməsindədir. Şüalar buynuz qişaya çatanda, göz üçün dəqiq təsvir yaradılır.

GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə,  yeni texnologiya Massaçusets Texnoloji İnstitutu (MIT) və “Microsoft” korporasiyasının tədqiqatçıları ilə birgə ərsəyə gətirilib. Alimlərin yeni texnologiya ilə bağlı məruzəni avqustda Vankuverdə (Kanada) keçiriləcək beynəlxalq konfransda təqdim edəcəyi gözlənilir.

Alimlər “Canon” rəqəmli kamerası ilə yeni displeyi sınaqdan keçiriblər. Kameranın fokus məsafəsi məxsusi olaraq elə qurulub ki, gözün uzağı pis görmə kimi müxtəlif problemlərini imitasiya etmək mümkün olsun. Növbəti addım insanların real dünyada istifadə edəcəkləri yeni prototip yaratmaqdan ibarətdir. Buna isə bir neçə il lazım olacaq. Odur ki, texnologiyanın kommersiya tətbiqinə hələ çox var.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.