Texnologiya, Xəbərdar, ZZ-Manşet

“Facebook” “Oculus VR” şirkətini satın alıb

oculus-facebook-pc-gamer“Facebook” şirkəti “Oculus VR” virtual reallıq eynəyi istehsalçısını 2 milyard dollara satın almaq üzrə saziş bağlayıb.

GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, “Bizi əyləncəli birgə gələcək gözləyir. Biz yeni nəsil texnologiya platforması yaradaraq insanların kommunikasiya üsullarını dəyişdirəcəyik” – “Facebook” və “Oculus VR” şirkətlərinin birgə xəbərində yazılıb. “Oculus VR” sərbəst şirkət kimi işləməyə davam edəcək.

“Oculus Rift” virtual reallıq eynəyini hazırlayan “Oculus VR” şirkəti 2012-ci ildə təsis edilib. Qurğu yaradıcıları ilk öncə “Kickstarter” saytının köməyi ilə layihəyə maliyyə toplamağa qərar veriblər. Onlar şlemin hazırlanmasına 250 min dollar xahiş ediblər, ancaq nəticədə bu məbləğdən 10 dəfə daha çox toplayıblar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.