Texnologiya, ZZ-Manşet

“Facebook” “Save” düyməsini təqdim edib

facebookABŞ-ın “Facebook” sosial şəbəkəsi xəbər və videomateriallara sonradan baxış üçün yeni “Save” düyməsini təqdim edib.

“İnsanlar hər gün şəbəkədə maraqlı mövzular tapırlar, amma onları oxumaq, araşdırmaq üçün kifayət qədər vaxtları olmur – şirkətdən deyilib. Artıq “Facebook”da tapdığınız mövzulara sonra baxmaq üçün onları yadda saxlaya biləcəksiniz”.

Gsr.fm ICTnews-a istinadən xəbər verir ki, “Save” düyməsi “Android” və “iOS” mobil platformalarında işləyən qurğular daxil olmaqla, bütün daşıyıcılarda işləyəcək.
“Save” düyməsi “Like” düyməsinin yanında yerləşəcək.

Sosial şəbəkənin nümayəndələri bildiriblər ki, yeni funksiya bir neçə gündən sonra bütün istifadəçilərə əlçatan olacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.