Texnologiya, ZZ-Manşet

“Facebook” səhmlərinin qiyməti rekord təşkil edib

facebook-shopping1-570x3602014-cü ilin ikinci rübü ərzində dərc edilmiş müsbət maliyyə hesabı fonunda ABŞ-ın “Facebook” sosial şəbəkəsinin səhmlərinin qiyməti 5% artıb. Nyu-Yorkda hərracın bağlanmasından sonra səhmlərin qiyməti şirkət üçün rekord (75.30 dollar) təşkil edib.
 
GSR.fm ICTnews-a istinadən bildirir ki, hesabata əsasən, şirkətin xalis mənfəəti 2013-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 2 dəfə artaraq 791 milyon təşkil edib.
 
Hesabat dövründə mədaxil 61% artaraq 2,91 milyard dollar təşkil edib. Rüblük gəlirin çox hissəsi reklam gəlirlərinin (2.68 milyard dollar) payına düşüb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.