Texnologiya, ZZ-Manşet

“Facebook” üzr istədi

facebookBir neçə gün əvvəl “Facebook” sosial şəbəkəsində yaranan bir neçə dəqiqəlik problem şirkətə 500 min dollara başa gəlib.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, “Forbes” jurnalı hesablama nəticəsində ziyanın dəqiq məbləğini müəyyənləşdirib.

Qeyd edək ki, “Facebook” 19 iyunda saat 13:00-da çökmüşdü. “Facebook”un ümumi auditoriyası 1,3 milyard insandır. Sosial şəbəkəyə gündəlik 800 milyon insan daxil olur.

“Texniki problem səbəbindən istifadəçilər qısa zaman ərzində sosial şəbəkəyə daxil ola bilmədilər. Biz qısa zaman ərzində problemi aradan qaldırdıq. Narahatlığa görə hər kəsdən üzr istəyirik”, – deyə “Facebook”un mətbuat xidmətindən bildiriblib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.