İqtisadiyyat, Xəbərlər, ZZ-Manşet

Faizlərin artması dövlət büdcəsinə təsir göstərə bilər

5dfdb6469c27ad8736a20d5e2133ed8d

Xarici mühitdə baş verəcək dəyişikliklərlə bağlı risklər 2017-ci il dövlət büdcəsinə əsasən iki mühüm kanal vasitəsilə – birincisi, əsas ticarət tərəfdaşı ölkələrinin iqtisadiyyatlarında iqtisadi aktivliyin daha da zəifləməsi, ikincisi isə beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin artması ilə təsir göstərə bilər.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi aktivliyin ortamüddətli perspektivdə tədricən bərpa olunacağı proqnozlaşdırılır. Bunun əksinin baş verməsi ölkədə iqtisadi artım proqnozlarının aşağı düşməsi və yuxarıda qeyri-neft gəlirlərinin gözləniləndən daha az olmasına gətirib çıxara bilər. Beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin artması isə dövlət büdcəsində xaricdən kreditlər hesabına maliyyələşməsi planlaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə çəkiləcək xərcləri artıra bilər. Əgər beynəlxalq maliyyə bazarlarında əlverişsiz konyunktur formalaşarsa, “Cənub Qaz Dəhlizi” üzrə yarana biləcək öhdəliklərin SOCAR tərəfindən ödənilməsi üçün dövlət büdcəsində müvafiq dürüstləşmənin aparılması istisna olunmur.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org
  3. Geri izləmə: cipro sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.