İqtisadiyyat, Xəbərlər, ZZ-Manşet

FES-in qərarından sonra neftin qiyməti bahalaşır

neft

Dünya bazarlarında neftin qiyməti ABŞ FES-in qərarından sonra sürətlə bahalaşır.

GSr.fm-in Oxu.Az-a istinadən verdiyi məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,53% bahalaşaraq bir barelə görə 47,04 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 3,18% artaraq 45,45 dollara satılıb.

Qeyd edək ki, bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük iclasdan sonra baza faiz dərəcəsini əvvəlki 0,25-0,5% səviyyəsində saxlayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.