İdman, ZZ-Manşet

FİFA-da prezident seçkilərinin vaxtı məlum olub

fifaFİFA prezidentliyinə növbədənkənar seçkilərin tarixi məlum olub.

GSR.fm-in Apasport.az-a istinadən verdiyi məlumata görə, ali futbol qurumu dekabrın 16-da Sürixdə yeni prezidentini seçəcək.

Əslində, prezident seçkilərinin tarixi gələn ay açıqlanmalı idi. Lakin daha sonra məhz dekabrda konqresin yığılması və yeni prezidenti seçməsi qərara alınıb.

Qeyd edək ki, mayın 29-da baş tutan konqresdə 5-ci dəfə FİFA prezidenti seçilən Yozef Blatter iyunun 2-də gözlənilmədən istefa verdiyini açıqlanmışdı. O, yeni prezidentin seçilməsi üçün növbədənkənar iclas keçirilməsini tələb etmişdi. Ali futbol qurumu isə seçki gününə qədər Blatterin vəzifəsində qalmasını qərara almışdı.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.