Bloq, boş bölmə, P.S, ZZ-Manşet

Fikir yox, amma düşünmək əla bir şeydir - Bloq

475268_405523076191065_1922131989_oMən tarix yaza bilmədim və həm də başa düşə bilmədim ki, niyə hamı tarix yazmağa çalışır. Mən nəyinki tarix, heç iki cümləni ard-arda qoşub fərli yazıda yaza bilmədim. İllər çox şeyi dəyişməyi bacarır, çoxlarına görə narahatam. Şəhər qocalsa da ölmək istəyənlər azdır. Bu, artıq həyəcan təbilidir.

Çox az dəyişikliklər gözəlliklə nəticələnir. Təxribat hazırlayıb aradan çıxmaq lazımdır. Şəhər illərdir susur. Bu səssizliyi pozmalıyam. Çünki, şəhərin susmağı çoxlarının işini qabağa salır. Səs-küylü sakinləri şəhərin normal qarşılamağına dözə bilmirəm. Çoxlarına bu vəziyyət sərf edir. Amma, məncə bu normal deyil. Normal olmaq mümkündür və rahatdır, amma çoxları hələ də şərəfsizliklə məşğuldur. Bilmirəm, iki nəfərlə başlayıb altı milyarda çatmış insanlar bu yolla hara qədər gedəcəklər. Görürəm başları çox qarışıqdır.  Niyyəti bilinməyən oyuna çox ciddi yanaşırlar,  qazanın qapağını açmamış içində bişən yeməklə bağlı fərziyyələr uydurular.

Mənim ağlım olsaydı, çox şeydən yaza bilərdim. Yaxşı ki, Allah hər əlinə qələm alana ağıl verməyib. Hər gün davam edən gərginlik,  baş ağrıları və yersiz gülüşlərim xəstə fikirli əhatəmdən mənə qarşı maraqlı fikirlər oyadır,  ya mən dəli olmuşam,  ya da günəşdə xəstəlik var.  Fikirlərim üsyandadır, mənə axmaq deyirlər.  Sən axmaqsan, saçlarına, yuxuna, dostlarına çox vaxt ayıran, vaxtilə ətrafdakıların başını yaxşı cümlələrlə aldadıb, əslində isə mövzu ətrafında fırlanaraq yazmağa heçnə tapmayıb köhnə fikirlərlə baş aldadıb, indi isə bütün bunları “fikir yoxdur” ideyasını irəli sürə-sürə etiraf edən bir axmaq. Mən hələ də səbəb tapa bilmirəm.  Niyə vərəqə qələmə möhtac olanlar bu şəhərin daxilini bilir, vərəq qələmi olanlarsa, hər fürsətdə şəhərin mənliyinə toxunur. Sizin güvəndiyiniz dağlara qar yağmayıb, bu dağ həmişə yüksəkdə olduğu üçün başı qarlıdır. Psixi problemlərlə dolu əqli zəif inkişaf etmiş insanlar kimi mən də özümə haqq qazandırmağa borcluyam.  Fikir yox, amma düşünmək əla bir şeydir.  Mən düşünürəm, mən deyirəm, amma Vüsal yazmır.

Müəllif: Vüsal Musayev

Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər