Texnologiya, ZZ-Manşet

Fransa “Azərkosmos”la birgə orbitə peyk buraxıb

peyk“Bu yaxınlarda Fransanın “Airbus Defence and Space” şirkəti aşağıorbitli peykinin orbitə buraxılması üzrə layihəni “Azərkosmos” ASC ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirib”.

GSR.fm  APA-ya istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, hazırda bu peykin idarəçiliyinin “Azerkosmos” ASC-yə verilməsi istiqamətində də danışıqlar aparılır. Ə. Abbasov bildirib ki, orbitə çıxarılması planlaşdırılan Azərbaycanın aşağıorbitli peyki üçün tenderin vaxtının bir neçə ay uzadılıb.

Onun sözlərinə görə, sentyabr ayında peykin orbitə çıxarılması üçün tenderin başa çatması gözlənilir.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.