Texnologiya, ZZ-Manşet

“Galaxy Tab 4” planşetinin satışına başlanılıb

galaxy tab 4Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy Tab” xəttinə yeni planşet modelini əlavə edib.

Yeni planşet hələ ki yalnız Cənubi Koreyada satılır, bu aparat Cənubi Koreyanın mobil operatorları tərəfindən istifadə edilən LTE standartı üzrə səsli rabitə xidməti göstərir.


Gsr.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, 8 düymlük “Galaxy Tab 4” planşetinə “Android 4.4 KitKat” versiyası quraşdırılıb. Planşet 4450 milliamper/saat tutumlu batareya və 3 meqapiksellik arxa kamera ilə təchiz olunub. Cihazın qalınlığı 8,8 mm, çəkisi 341 qr təşkil edir.

“Samsung” şirkətindən verilmiş məlumata əsasən, şirkətin iyulda planşet üçün buraxacağı yeniləmə paketi ona çoxistifadəçili rejimdə (8 istifadəçiyədək) işləməyə imkan verəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.