Texnologiya, ZZ-Manşet

“Galaxy” xəttinə yeni modellər əlavə ediləcək

samsung_company_logoSamsung” şirkəti “Android” platforması ilə işləyən “Galaxy” smartfonlar xəttinə dörd yeni model (GalaxyCore II, GalaxyStar 2, Galaxy Ace 4 və GalaxyYoung 2) əlavə edib. Aparatların hər birinə  “Android” mobil əməliyyat sisteminin “KitKat” versiyası quraşdırılıb.

GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, “GalaxyCore II” smartfonu 4,5 düymlük“WVGA” ekranı, 1.2 QHs takt tezlikli ikinüvəli prosessor, 2000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Əməli yaddaşın həcmi 768 MB, daxili yaddaş isə 4 QB təşkil edir. İki SİM kart dəstəkləyən smartfon, həmçinin 5 meqapiksellik kamera və işıq diodu işıqlandırıcısı ilə təchiz edilib.

“Galaxy Ace 4” smartfonu 4 MP-lik ekranla təchiz olunub. Modeldən asılı olaraq, smartfon 1-1.2 QHs takt tezlikli ikinüvəliçip və 1500 və ya 1800 milliamper/saat tutumunda akkumulyator, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz edilib. “MicroSD” kartlar üçün slot yoxdur.

“GalaxyYoung 2” smartfonu yığcamdır, 3,5düymlük HGVA təsvir ölçülü ekranlı, 1 QHs takt tezlikli birnüvəli çip (1 QHs) və 1300 milliamper/saat tutumlu batareyaya malik çox sadə modeldir. Əməli yaddaşın həcmi 512 MB, arxa kameranın təsvir ölçüsü 3 meqapiksel təşkil edir.

“GalaxyStar 2” modelinin xarakteristikası “GalaxyYoung 2” smartfonu ilə, demək olar ki, eynidir. Yalnız  əsas kameranın təsvir ölçüsü 2 meqapikseldir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.