Sosial, ZZ-Manşet

Gey iftixar bayrağı fəzaya qaldırılıb

gey_bayraqGey qürurunu əks etdirən göyqurşağı bayrağı hava şarından istifadə etməklə fəzaya göndərilib.

GSR.fm-in BBC-yə istinadən verdiyi məlumata görə, “Dünyada sülh axtarışında olan” ABŞ-da mənzillənmiş qeyri-kommersiya təşkilatı “Planting Peace”, bayrağı 17 avqust tarixində Wisconsin ştatının Milwaukee şəhəri yaxınlığında səmaya buraxıb.

Hava şarı üç saat ərzində yerdən 34.1 km qalxaraq GoPro kamerası vasitəsilə video çəkiliş edib.

Hava şarı və bayraq daha sonra yerə enib. Kameranın çəkdiyi kadrlarda fəzadan planetin səthi və bayrağın arxasından işıq saçan günəş görünür.gey_bayraq1

Qeyri-kommersiya təşkilatı bunları deyib: “Bu addımın əsas məqsədi LGBTQ [Lezbiyan, Gey, Biseksual, Trans və Eynicinsli] ailəmizin fundamental insan haqları uğrunda mübarizəsinə dəstək göstərməkdir. Bu bizi, bütün insanların ayrıseçkiliyə və qorxuya məruz qalmadan azad yaşamamağa layiq olduğu fikrinə yaxınlaşdırır”.

Təşkilat əlavə edib ki, nümayiş həm də gey icmasının kainatın hər yerində təhükəsiz məkana ehtiyacı olduğunu vurğulamaq üçün həyata keçirilib.

Planting Peace gey haqlarının müdafiəsi ilə yanaşı, dünya boyunca humanitar yardım layihələrini və ətraf mühütün mühafizəsi təşəbbüslərini həyata keçirir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.