Texnologiya, ZZ-Manşet

“Google” üçün yeni “Nexus” planşeti istehsal olunacaq

google-şirkəti-570x360Tayvanın “HTC” şirkəti “Google”un sifarişi üzrə 9 düymlük “Nexus” planşetinin yeni versiyasını istehsal edəcək.

Qurğunun bu ilin dördüncü rübündə çıxarılacağı gözlənilir.

GSR.fm-in “ICTnews” elektron xəbər saytına istinadən verdiyi xəbərə görə,  yeni “Nexus” planşeti “Nvidia Tegra K1” prosessorlarının 64 bitlik versiyası ilə işləyəcək. Planşet 2048×1440 təsvir ölçülü 8.9 düymlük ekran, 64 bit “Nvidia Logan” prosessoru, 2 QB əməli yaddaş və 16/32 QB daimi yaddaşla təchiz ediləcək. Həmçinin 8 və 3 meqapiksellik kameralar olacaq.

Qeyd edək ki, planşet monolit alüminium korpusda hazırlanmalı və stereodinamiklərlə təchiz edilməlidir. LTE versiyanın çəkisi 427 qr, adi versiyada isə 418 qr təşkil edəcək.

“Android Police”in məlumatına əsasən, 16 QB-lıq versiyanın qiyməti 400 dollar, 32 QB-lıq versiyanın isə 500 dollar təşkil edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.