Texnologiya, ZZ-Manşet

Google yeni xidmət hazırlayıb

google-570x360Google şirkəti Avropa ölkələri sakinləri üçün sorğuya görə axtarış nəticələrindən istifadəçilərin şəxsi həyatına aid veb-səhifələri silməyə imkan verən yeni xidməti istifadəyə verməyi planlaşdırır.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, şirkət bu addımı Avropa Məhkəməsinin qəbul etdiyi qərarla bağlı atmağa məcbur olub. Belə ki, məhkəmənin qərarına əsasən, sorğuya görə köhnəlmiş və ya qeyri-aktual məlumatlara istinadlar serverlərdən silinməlidir.

Financial Times nəşrinə müsahibədə Google-un icraçı direktoru Larri Peyc şirkətin Avropa İttifaqının ali məhkəmə instansiyasının qərarını yerinə yetirəcəyini deyərək xəbərdarlıq edib ki, bu, innovasiyalara ziyan vura və söz azadlığını boğan rejimlərə sərf edə bilər.

Qeyd edək ki, bir müddət əvvəl Google Avropa Məhkəməsinin çıxardığı qərardan təəssüfləndiyini bildirib. Şirkət və əksər hüquqşünaslar hesab edirlər ki, qüvvədə olan Avropa qanunvericiliyinə görə, bu qanun yalnız tam olmayan və ya səhv informasiyaya şamil edilir.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generec viagra for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.