Texnologiya, ZZ-Manşet

Günəş enerjisi ilə işləyən təyyarə dövrə vurdu

pilotsuz-teyyare2015-ci ildə Yer ətrafında eniş etmədən uçuş həyata keçirməsi planlaşdırılan Günəş batareyalı təyyarə özünün ilk uçuşunu yerinə yetirib.

“Solar Impulse 2” adlandırılan təyyarə İsveçrənin Payern aerodromundan havaya qalxıb. Bu, ötən il təqdim edilmiş “Solar Impulse” adlı Günəş enerjisi ilə işləyən təyyarənin yenilənmiş versiyasıdır. Təyyarə Amerika Birləşmiş Ştatları ərazisi üzərindən uçub. Uçuş zamanı kabinədə yalnız təyyarəçi Marks Şerdel olub.

GSR.fm-in Anspress-ə istinadən xəbər verir ki, sınağı həyata keçirənlər təyyarələr vasitəsilə enerjinin alternativ mənbələrindən istifadənin geniş imkanlara malik olduğunu diqqətə çatdırmaq istəyirlər.

Günəş enerjisi ilə işləyən təyyarənin ağırlığı 2,3 ton təşkil edir. Onun qanadlarının səthi 17 min fotoelementlə örtülüb ki, bu da elektrik mühərrikləri Günəş enerjisi ilə qidalandırır və onun sürətini saatda 140 kilometrə çatdırmağa imkan verir. Gün ərzində Günəş panelləri litium-ion batareyalarını enerji ilə doldurur, bu isə gecə vaxtı da təyyarənin mühərriklərinin işini təmin edir.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.