İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Hədəf neft bazarında tarzlığın bərqərar olunmasıdır”

enerji istanbulTürkiyədə 23-cü Dünya Enerji Konqresi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev həmin konqresdə iştirak edib.

 Bu barədə GSR.fm-ə müsahibə verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, bu görüş neft hasilatı edən ölkələr üçün çox əhəmiyyətli hadisələrdəndir:

“15-ci beynelxalq Əlcəzair konfransından sonra İstanbul şəhərində 23-cü dünya enerji konqrensi keçirilir. Bu konqresdə dünya neft bazarındakı vəziyyət, investisiya məsələləri, qarşılıqlı əməkdaşlıq məsələləri və digər məsələlər müzakirə olunacaq. Azərbaycan, İran, İraq və digər neft istehsal edən ölkələr üçün həmin konqresdə müəyyən məsləhətləşmələr də aparılacaq. Bu da, son dövrlərdə qlobal neft bazarında tarazlığın bərqərar olunmasına səbəb olacaq. Təbii ki, İstanbul enerji sammitindən əvvəl də müəyyən bəyanatlar verilib. Son Əlcəzair sammitində əldə olunan razılıqlar İstanbulda gündəmə gətiriləcək və müzakirə olunacaq. Bu mənada dünya neft bazarının İstanbuldakı toplantısında məsləhətləşmələrə də çox həssas yanaşılıb. İstanbul konqresindən müəyyən gözləntilər var. Azərbaycan neft şirkətinin nümayəndələri, Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ kimi potensal neft ixrac edən dövlətlərin nümayəndələri, OPEC katibi və nümayəndələri bu enerji konqresində fəal iştirak ediblər. Əsas hədəflərdən biri qarşımızdakı aylarda qlobal neft bazarlarında tarzlığın bərqərar olunması ilə bağlıdır. Əlcəzair sammitində əldə edilmiş ilkin razılığın davamı olaraq bu konqresde də müəyyən məsləhətləşmələr aparılacaq”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.